İranlı futbolçu Prezident Rəisini ələ salıb - FOTO
İranın “Persepolis” futbol klubunun məşhur keçmiş oyunçusu Cavad Kazemiyan hökumət sözçüsü Əli Bəhadori Cəhrominin İran Prezidenti İbrahim Rəisinin xalqın problemlərinə görə yuxusuz qalması ilə bağlı iddialarını ələ salıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd edək ki, hökumət sözçüsü öz açıqlamasında bildirib ki, ölkədə hər hansı məhsul bahalaşanda, Prezident İbrahim Rəisi narahatlıqdan gecə yata bilmir”.
Məşhur futbolçu isə prezidentin iki müxtəlif xarici görünüşünü əks etdirən şəklini paylaşaraq, bunu “yuxusuzluğun əlamətləri” adlandırıb.