Jul 30

İranda neft şirkəti işçiləri etiraz əlaməti olaraq işi dayandırıblar - VİDEO

İranın Gəçsaran şəhərində yerləşən neft şirkətinin işçiləri işi dayandırıblar.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Onlar ağır iş şəraiti və əməkhaqlarının yetərsiz olmasına etiraz olaraq tətilə çıxıblar.

Qeyd edək ki, İranda neft-kimya, neft və mədən sənayesində çalışan işçilər arasında tətil halları artıq mütəmadi hal almaqdadır. Xatırladaq ki, bir müddət öncə Əsəluyə, Kəngan, Dehluran, Gəçsaran şəhristanı, Lurdigan, Şiraz, Kerman, Cask, İzə, Yəzd, Bəndər Mahşəhr, Əhvaz, Buşehr, İsfahan və Lavan adasından olan işçilərin etiraz aksiyaları baş tutub. Əsasən enerji sektorunda çalışanlara Xuzistan əyalətinin “Şadqan” polad sənayesinin əməkdaşları da qoşulub.

 

Bənzər xəbərlər

Gündəm

0.02631402015686