Dənizdə batma təhlükəsi ilə üzləşən şəxslər xilas ediliblər - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Astara” sularda xilasetmə məntəqəsinin ərazisində xidmət aparan xilasediciləri 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşdiyini müşahidə ediblər.
Bu barədə FHN-dən bildirilib.
Xilasetmə əməliyyatına başlayan xilasedicilər tərəfindən dənizdə batma təhlükəsində olan 2002-ci il təvəllüdlü Şükür Ramil oğlu Haqverdiyev və 2006-cı il təvəllüdlü Seymur İlkin oğlu Əliyev xilas ediliblər.