Jul 28

Tovuzda mikroavtobus maneəyə çırpıldı: Xəsarət alan şəxsin kimliyi açıqlandı - YENİLƏNİB

Tovuz şəhərində yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanın şəxsiyyəti dəqiqləşib.

“Report”un məlumatına görə, mikroavtobusun maneəyə çırpılması nəticəsində, 2002-ci il təvəllüdlü H.Allahverdiyev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, hadisə Tovuz şəhərində fəaliyyət göstərən poliklinikaların birinin yaxınlığında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

18:20

Tovuz şəhərində marşrut xətti üzrə hərəkət edən mikroavtobus maneəyə çırpılıb, xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Təcili Tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunublar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bənzər xəbərlər

Gündəm

0.024901866912842