Jul 27

33 yaşlı gənc ananın yaşaması üçün dəstəyə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır - FOTO

Gənc ananın həyatda qalması üçün sizin yardımınıza ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun bibisi Ulduz Abdullayeva məlumat verib.

O bildirib ki, qardaşı qızı Ülviyyə Səlimova üç il əvvəl avtomobil qəzası keçirib.

“Ülviyyənin 33 yaşı var, 3 il öncə avtomobil qəzasına düşüb. Qəza zamanı kəllə sümüyü sınıb. O gündən bəri yatağa məhkumdur. Sol tərəfi demək olar ki, işləmir, ancaq dəstək lazımdır. İllərdir müalicələrlə sağaltmağa çalışsaq da, mümkün olmur. Həkimlər beynin sol payına implant qoyulmalı olduğunu deyirlər. İmplantın məbləği isə 7 000 manatdır”.

Ulduz Abdullayeva bildirib ki, Ülviyyənin iki azyaşlı övladı var.

“Ülviyyənin iki azyaşlı övladı var, qəzadan sonra isə yoldaşı atıb gedib. Nə uşaqlarla, nə Ülviyyə ilə bir dəfə də olsa, maraqlanmayıb. Ülviyyə balaca olarkən ata-anasını itirib. Ona görə məndən başqa heç kimi yoxdur. Əlimdən gələn qədər baxıram, kömək etməyə çalışıram, amma əməliyyat üçün lazım olan 7 000 manatı yığmağa mənim imkanım yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. İnanın, bəzən işdə oluram, yeməyini yanına qoyub gedirəm, gəlirəm ki, onu belə yeməyib. Əməliyyatı keçirsə, heç olmasa övladlarına baxa bilər, mən yaşlı adamam, onun övladlarına ana ola bilmərəm”.

Ailə ilə əlaqə: (055) 502-83-77

Bənzər xəbərlər

Gündəm

0.027956008911133