Jul 27

Aylardır həll edilməyən problem bir neçə dəqiqəyə aradan qaldırıldı - VİDEO

Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.

“Xəzər Xəbər”in məlumatına görə, sakinlər iddia edirlər ki, aşan ağacla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onlara tutarlı cavab verən olmayıb. Aylar ötsə də, problem həllini tapmayıb.

İddiaya görə, sakinlərin müraciətinə “kəsməyə mişarımız yoxdur” kimi cavab verilib.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə irihəcmli olduğundan onun ərazidən uzaqlaşdırılması dərhal mümkün olmayıb:

“Çünki küləkli hava şəraiti ilə bağlı bu kimi hadisələr növbəli şəkildə aradan qaldırılır”.

Qeyd edək ki, bu gün əraziyə birliyin nümayəndəsi gəlib. Təxminən bir neçə dəqiqədən sonra şiddətli külək nəticəsində aşan çoxillik ağacın kötüyü ərazidən xüsusi texnika vasitəsi ilə uzaqlaşdırılıb.

Daha ətraflı süjetdə:

Bənzər xəbərlər

Gündəm

0.041692972183228