Jul 26

Zooparkda səkkiz ildir erkək kimi saxlanılan qorilla bala verdi - FOTO

ABŞ-də səkkiz ildir erkək olduğu düşünülən Salli adlı qorilla balalamaqla zoopark işçilərinə şok yaşadıb.

Bildirilir ki, qorilla 2019-cu ildən bəri Ohayo ştatının Sinsinnati şəhərindəki Kolumbus zooparkında yaşayır. O, başqa zooparkda doğulub, ancaq orada da onun erkək olduğu düşünülüb. İndiki zooparka gətiriləndə də Salli aktiv və sağlam olduğu üçün müayinə olunmayıb.

Mütəxəssislərin sözlərinə görə, erkək və dişi qorillalar səkkiz yaşa qədər təxminən eyni görünürlər. Erkəklər 12 yaşından sonra böyüyürlər. Bundan sonra onları dişilərdən fərqləndirən əlamətlər görünür.

Zoopark işçiləri onu da qeyd ediblər ki, onlar Sallinin balası olacağını ona görə hiss etməyiblər ki, qorillalar təbiətən böyük qarınlara sahib olurlar.

Balalar dünyaya gəldikdən sonra Sallinin şəkli çəkilib və ekspertlərə göndərilib. Tezliklə məlum oldu ki, yeni doğulmuş qorilla dişidir. Zoopark rəsmiləri hazırda balanın atasının hansı erkəyin olduğunu müəyyən etmək üçün DNT testi keçirməyi planlaşdırırlar.

Mənbə: Columbus.org

Bənzər xəbərlər

Gündəm

0.028228998184204