Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, iki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Tahir Nadir oğlu Heydərov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
T.Heydərovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib.