Jul 25

Qubada gənc qadın qətlə yetirilib, həyat yoldaşı saxlanılıb

İyulun 25-də saat 3 radələrində Quba rayonu Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Rəvanə Vasif qızı Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1997-ci təvəllüdlü Elşad Akif oğlu Güliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.023961067199707