Jul 25

İsveçrədə tufan qopdu: Küləyin sürəti 217 km/saata çatdı - FOTO/VİDEO

İyulun 24-də İsveçrənin La Şo de-Fon şəhərində tufan qopub.

Ölkənin meteorologiya xidmətinin yaydığı məlumata görə, bölgədə küləyin sürəti 217 km/saata çatıb.

Bildirilib ki, tufan şəhərə yaxınlaşdıqca qəflətən güclənib. Dəmiryol vağzalı yaxınlığında kranın aşması nəticəsində bir nəfər ölüb.

Tufan nəticəsində yaralananlar da var, lakin onların sayı dəqiqləşdirilməyib.

Mənbə: NTV

Bənzər xəbərlər

Gündəm

0.027357816696167