Jul 25

Qırğızıstanda fövqəladə vəziyyət tətbiq ediləcək

Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 1-dən ölkənin energetika sektorunda fövqəladə rejimin tətbiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə respublika liderinin mətbuat xidməti məlumat yayıb.

Fövqəladə vəziyyətin 2026-cı il dekabrın 31-dək qüvvədə olacağı bildirilir.

Qeyd olunur ki, Qırğızıstanı iqlim şəraiti, Narın çayı hövzəsində su axınının aşağı səviyyəsi, eləcə də enerji istehlakında artım fonunda istehsal güclərinin çatışmazlığı ilə bağlı olan enerji böhranından çıxarmaq üçün fövqəladə tədbirlərin görülməsi qaçılmazdır.

Mənbə: lenta.ru

Bənzər xəbərlər

Gündəm

0.027914047241211