Prezident: “Mənim üçün Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir”
“Mənim üçün Qərb mətbuatının Azərbaycan haqqında yazdığı deyil, Azərbaycan xalqının hökumətimizin siyasəti barədə düşündüyü vacibdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söyləyib.
“İnsanlarla söhbət apardıqda, görə bilərsiniz ki, onlar hökumətimiz barədə nə düşünür, gördüyümüz işlər düzdür, yoxsa səhvdir! Cəmiyyətimiz həmrəy olması və güclü dəstəyi, əlbəttə, əsasən bizim siyasətimiz əvvəlcə işğal altında olmuş ərazilərin azad edilməsi sayəsində formalaşır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti, həmçinin bildirib:
“Əgər Qərbdə kimsə düşünür ki, hökumət rəsmilərini təhqir etməklə, böhtan və şayiələr yaymaqla Azərbaycanda ictimai rəyə təsir göstərə bilər, bilsin: ola bilər, o, haqlıdır, lakin həmin təsir onların görmək istədiyi istiqamətdə olmayacaq”.