Dünyanın ən bahalı “Barbi” gəlinciyi inanılmaz qiymətə satıldı - FOTO
Tarixin ən bahalı “Barbi” gəlinciyi “Christie's” hərrac evində 302,5 min dollara satılıb.
Belə yüksək qiymət oyuncağın çox nadir çəhrayı brilyantlı boyunbağı taxması ilə bağlıdır.
“Barbi” üçün unikal bəzək əşyası avstraliyalı zərgər Stefano Kanturi tərəfindən yaradılıb.
Qeyd olunur ki, gəlinciyin satışından əldə olunan gəlir Döş Xərçəngi Fonduna bağışlanıb.
Mənbə: gazeta.ru