Jul 24

Şəmkirdə ev yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Elvin Fikrət oğlu Hüseynova məxsus ümumi sahəsi 65 kvadratmetr olan dördotaqlı fin tipli yaşayış evində anidən yanğın baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Yaşayış evinin qalan hissəsi yanğından mühafizə olunub.

Bənzər xəbərlər

Gündəm

0.097867012023926