Siyəzəndə dənizdə batan yeniyetmələrin kimliyi müəyyənləşdi - YENİLƏNİB
Siyəzəndə dənizdə boğulan üç nəfər yeniyetmənin kimliyi müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 23-ü axşam saatlarında Siyəzənin Zarat kəndi yaxınlığında dənizdə boğulanların axtarışları davam etdirilir.
Dənizdə boğulanlar Zarat kənd sakinləri 17 yaşlı Mehdi Elgün oğlu Manafov, 18 yaşlı Rəvan Hacıəhməd oğlu Bəşirov və Bakı şəhər sakini 18 yaşlı Nemət Əbdül oğlu Əhmədovdur.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışları davam etdirir.
23:27
Siyəzəndə dənizdə boğulan üç nəfərdən ikisi yeniyetmə, biri tələbədir.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, yeniyetmə məktəblilər Zarat kənd sakinləridir, tələbə isə Bakı şəhərində yaşayır. O, kəndə istirahətə gəlibmiş.
23:23
Siyəzəndə dənizdə üç nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, FHN-in "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 kilometr aralı, nəzarətsiz ərazi) üç nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.