Cəlilabadda asılmış qadın meyiti tapıldı
Cəlilabad rayonunda evdən asılmış qadın meyiti aşkar edilib.
“Report”un məlumatına görə, hadisə rayonun Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, Rəqsanə Mirişovanın meyiti həmin küçədə evlərdən birində asılmış vəziyyətdə tapılıb. Hadisənin intihar olub-olmaması dəqiq deyil.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.