Jul 22

Bora Bayraktar: “Müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı nəzərə almalıyıq”

“Bir sıra məsələlər var ki, onlara həssas yanaşmırıq. Jurnalist olaraq vəzifəmiz ondan ibarətdir ki, biz digərlərindən fərqlənək, insanlara zərər verəcək xəbər yaymayaq. Eyni zamanda, müəyyən regionlar haqqında reportaj hazırlayarkən sosial həyatı, ətraf mühiti nəzərə almalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Qlobal Media Forumunun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında çıxışı zamanı jurnalist, media meneceri Bora Bayraktar söyləyib.

Bəşəriyyətin müxtəlif çağırışlarla üzləşdiyini diqqətə çatdıran Bora Bayraktar əlavə edib:

“Bizim kifayət qədər bəlli kimliyimiz var. TRT rəhbərliyi olaraq kimliyimizi diktə etmirik. Bu, onsuz da mövcuddur. Hətta Türkiyədən kənarda da tanınırıq. Bu, dünyanı necə, hansı şəkildə işıqlandırmağımızın nəticəsidir. Bu, bir çağırışdır”.

Komanda formalaşdırmağın yollarından danışan B.Bayraktar vurğulayıb:

“Çağırışlardan biri də odur ki, biz müxtəlif ölkələrin vətəndaşları ilə birlikdə layihələr həyata keçiririk, onlarla sıx əməkdaşlıq edirik. Buna uyğun olaraq yola çıxmaq uğurlu nəticələr verir. Biz bu istiqamətdə uğurluyuq”.

Bənzər xəbərlər

Gündəm

0.028532981872559