Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Qəbələdə zəlzələ baş verib.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
İlkin məlumata görə, yeraltı təkanların maqnitudası 3,2 olub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ üç bala kimi hiss olunub.
21:36
Qəbələdə zəlzələ baş verib.
APA xəbər verir ki, saat 21.20 radələrində yüngül silkələnmə hiss olunub.