Jul 21

Sumqayıtda qonşusu ilə dalaşan kişi öldü

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Lent.az məlumat verir ki, hadisə “Xəzər bağları” yaşayış komleksində baş verib.

53 yaşlı Ələmşad Havarxan oğlu Əliyev qonşusu ilə mübahisə edib.  Münaqişə zəminində özünü pis hiss edən Ə.Əliyev xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, kişi ürək tutmasından ölüb. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.098191022872925