Jul 20

Bakıda “Prius” qatarla toqquşdu: Xəsarət alanlar var - YENİLƏNİB

Bakı şəhər Xəzər rayonu ərazisində “Toyota Prius” markalı avtomobil ilə yük qatarının toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

12:14

Bu gün Bakı şəhər Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Zirə qəsəbəsinə gedən yolda “Toyota Prius” markalı avtomobil qorunmayan keçiddə yük qatarı ilə toqquşub. Nəticədə qatar avtomobili xeyli məsafədə sürüyərək aparıb. Maşının içində sıxılmış vəziyyətdə qalan şəxsləri FHN-in xilasediciləri çıxarıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.10102105140686