Jul 19

İmişlidə maşın kanala aşdı, ölən var

İmişlidə avtomobil su kanalına aşıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

14-BF-338 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Vəli Nuşirəvan oğlu Şahverdiyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.10196900367737