Jul 18

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİB

Şəmkirdə 60 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Mozalan.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisi Fikrət Bağırovu bıçaqla qətlə yetirməkdə şübhəli bilinən, Şəmkir rayon İrmaşlı kənd sakini İdris Alıyev saxlanılaraq istintaqa təhvil verilib.

09:12

Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub. Dərhal polis şöbəsinin və prokurorluğun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bənzər xəbərlər

Gündəm

0.13506102561951