Xaçmazda 33 yaşlı kişi intihar etdi
Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, rayon sakini 1990-ci il təvəllüdlü Elvin Tofiq oğlu Məmmədov özünü yaşadığı fərdi yaşayış evinin həyətində meyvə ağacından asaraq intihar edib.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.
E.Məmmədovun Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.