Jul 16

Sədərəyin Dəmirçi kəndində taxıl sahəsində yanğın olub - FOTO/VİDEO

Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.

Bu barədə Mozalan.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

Bənzər xəbərlər

Gündəm

0.13323521614075