Jul 15

Azərbaycanlı zəvvarların sonuncu qrupu Vətənə döndü - YENİLƏNİB

Sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönüb.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olub.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1 440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.

11:08

“Bu gün sonuncu zəvvar qrupu Həcc ziyarətindən Azərbaycana geri dönəcək”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, sonuncu zəvvar qrupunda 130 nəfər olacaq:

“Zəvvarlar Mədinə saatı ilə 19:00-da yola düşəcəklər, yerli vaxtla saat 23:20-də isə Bakıya çatacaqlar”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün ümumilikdə 1440 zəvvar 8 təyyarə reysi ilə iyunun 17-dən 22-nə qədər ziyarətə gediblər. Zəvvarlar iyulun 5-dən Vətənə geri dönürlər. Bu il Həcc ziyarəti üçün birnəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları təşkil edib.

Bənzər xəbərlər

Gündəm

0.019105195999146