Jul 14

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bənzər xəbərlər

Gündəm

0.032732009887695