Gəncədə kişi əmisi oğlunun qanını tökdü
Gəncədə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Qasım bəy Zakir küçəsində baş verib.
32 yaşlı Qədir Qədim oğlu Hüseynov mübahisə zamanı 38 yaşlı əmisi oğlu Məqsəd Məmmədtağı oğlu Hüseynova bıçaqla xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.