Cənubi Koreyada böyük pandaların iki balası dünyaya gəlib
Cənubi Koreyada böyük pandaların iki balası dünyaya gəlib. Bu çox nadir hadisədir. Çünki onların “çoxalma mövsümü” ildə cəmi bir-üç gün davam edir.
Məlumata görə, balaların anası 2016-cı ildə Çindən Cənubi Koreyaya köçürülən Ai Bao adlı pandadır.
180 və 140 qramlıq balaların vəziyyəti yaxşıdır. Lakin hələ ətraf mühitə uyğunlaşmadıqları üçün beş-altı ay ərzində ictimaiyyətə göstərilməyəcəklər.
Mənbə: TASS