Jul 11

Şirvan sakini binadan yıxılaraq xəsarət aldı

Şirvanda 25 yaşlı gənc 3-cü mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, Şirvan şəhər sakini, 1998-ci il təvəllüdlü Pənahov Pənah Zaur oğlu yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.018933057785034