Jul 11

Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 80-ə çatıb

Pakistanda musson yağışları nəticəsində həyatını itirənlərin sayı artmaqda davam edir.

Milli Fəlakətlərin İdarəolunması Agentliyinin (NDMA) açıqlamasına görə, Pəncab, Sind və Bəlucistan əyalətlərində son 24 saat ərzində yağan güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Bununla da, iyunun 25-dən etibarən ölkədə təsirli olan musson yağışları nəticəsində baş verən fəlakət və qəzalarda ölənlərin sayı 80-ə, yaralıların sayı isə 142-yə çatıb.

Qeyd edək ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.

Ötən il ölkədə musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1739 nəfər həlak olub. Daşqın fəlakətinin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.

Mənbə: TRT

Bənzər xəbərlər

Gündəm

0.030092000961304