Jul 11

Bakıda qəbrin hasarı sökülüb: “Məqsəd əlavə məzar yeri hazırlamaq olub” - VİDEO

Bakıda qəbir ərazisindəki kiçik hasar sökülərək təxminən yarım metr içəri çəkilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsindəki “Biləcəri Şəhidlər xiyabanı” kimi tanınan ümumi qəbiristanlıqdan gedir.

Şəhər sakini Nurlan Maqsudov qeyd edib ki, əmisinin həyat yoldaşı 2005-ci ildə dünyasını dəyişdikdən sonra ümumi qəbiristanlıqda dəfn edilib.

Onlar qəbrin ətrafını 30-40 santimetr hündürlükdə hasara alıblar. Onun iddiasına görə, bir neçə gün əvvəl xəbər tutublar ki, qəbrin ətrafında olan hasar sökülərək içəri çəkilib.

Ərazidə işlərin yarımçıq qalması da təsdiq edir ki, qəbrin ətrafında tikinti aparılıb. Zərərçəkmiş Nurlan Maqsudov iddia edib ki, bu işi görən şəxslərin məqsədi əlavə olaraq 3-4 qəbir yeri düzəltmək olub.

Nurlan Maqsudov bildirib ki, qəbiristanlıq bir neçə il əvvəl özəl şəxsdən alınıb və Biləcəri Bələdiyyəsinin balansına keçib.

Məsələ ilə bağlı Biləcəri qəsəbə bələdiyyəsinin sədri Etibar Cabbarov bildirib ki, qəbir ətrafında olan hasara müdaxilədən xəbərsizdir.

Bələdiyyə sədri qeyd edib ki, əgər vətəndaşın dediyi kimi müdaxilə edilibsə, qəbrin ətrafındakı hasar yenidən bərpa ediləcək. 

Daha ətraflı süjetdə:

Bənzər xəbərlər

Gündəm

0.033156156539917