Ağ Şəhərdə zəbt olunan piyada səkisini qismən açdılar - YENİLƏNİB + FOTO
Bakının Xətai rayonu, Ağ Şəhər kimi tanınan ərazisində tamamilə zəbt edilən piyada səkisi qismən bərpa edilib.
Bu barədə Mozalan.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, əraziyə baxış keçirilib və köşkün qarşısındakı çoxsaylı soyuducuların kənara çəkilməsi ilə bağlı təlimat verilib.
17:24
Bakının Xətai rayonu, Ağ Şəhər kimi tanınan ərazisində piyada səkiləri zəbt edilib.
Belə ki, sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, foto Xaqani Rüstəmov küçəsində çəkilib. Sözügedən küçədə yol kənarında yerləşən köşkün qarşısındakı soyuducular piyadaların hərəkətinə mane olur. Ağ Şəhəri “qara günə” qoyanları niyə heç kim görmür?
Maraqlıdır, ərazi üzrə aidiyyəti qurumların əməkdaşları paytaxtda piyada gəzmirlər? Onların qarşısına belə mənzərə çıxmır?
Qeyd edək ki, paytaxtın Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı ərazidə də insanlar piyada səkisində hərəkət etməkdə əziyyət çəkirlər.
Könül Cəfərli