Jul 10

Ruben Vardanyan çirkli pulların yuyulması ilə məşğul olmaqda davam edir: Səs yazısı yayılıb

Özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyanın dəllallıq və çirkli pulların yuyulması ilə məşğul olmasını sübut edən növbəti fakt üzə çıxıb.

Belə ki, Rusiya mətbuatında Prezident Vladimir Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysla Moskva vilayətində onun sarayının tikintisinə cavabdeh olan sahibkar İlya Suçkovun söhbətinin səs yazısı dərc edib.

Səs yazısında Anatoli Çubays İlya Suçkova məlumat verir ki, o, özünün Moskva yaxınlığındakı Peredelkino bağ evləri massivindəki malikanəsini satmağı və bununla da çirkli pulların yuyulması sxemini işləyib-hazırlamaq və idarə etməyi Ruben Vardanyana tapşırıb.

Plana əsasən, Anatoli Çubaysa məxsus 35-36 milyon dollar dəyərində malikanə keçmiş məmurun yaxın adamlarına 7-8 milyon dollara satılmalı imiş. Bütün pul və alqı-satqı əməliyyatları isə İsveçrədə yerləşən və elə A.Çubaysın özünə məxsus olan şirkət vasitəsi ilə həll edilməli imiş. Əsas məqsəd isə yüksək alqı-satqı prosesində tələb olunan vergilərdən yayınmaq olub.

Lakin plan son anda baş tutmayıb. Belə ki, A.Çubaysın şirkəti qısa müddət ərzində iflas olub.

Bu hadisədən dərhal sonra Anatoli Çubays növbəti maxinasiya sistemini qurmaq üçün Ruben Vardanyanın qarşısında tapşırıq qoyub.

Səs yazısında Anatoli Çubays, öz növbəsində, bu barədə İlya Suçkovu da xəbərdar edib.

“Ruben gələn həftə qayıdır. O səninlə görüşəcək, sənin təklifini dinləyəcək, mümkündür ki, sənin təklifini qəbul etməsin və öz planını təqdim etsin”, - Anatoli Çubays bildirir.

Anatoli Çubays vurğulayır ki, onun əsas məqsədi daşınmaz mülkiyyətin satışı zamanı vergidən yayınmaqdır.

“Təbii ki, mən də orada heç nədən üçqat vergi ödəmək istəmirəm. Bunun üçün mən Rubenin qarşısına tapşırıq qoymuşam, mənim üçün fərqi yoxdur, qurulan bütün sxemə görə Ruben məsuliyyət daşıyır”, - deyə Anatoli Çubays səs yazısında vurğulayır.

Mənbə: Rucriminal.info

Bənzər xəbərlər

Gündəm

0.028316974639893