Masallıda gənc oğlan suda boğularaq öldü
Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.
“Report”un xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su hövzəsində çimərkən boğulub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.