Keçmiş kişi “Miss Niderland 2023” seçildi - FOTO
Niderland 2023-cü ilin ən gözəl xanımını seçib və o, ölkəni “Miss Universe” müsabiqəsində təmsil edəcək.
Yariş tarixində ilk dəfə olaraq qələbə tacını əvvəllər kişi olan 22 yaşlı Rikki Kolle qazanıb.
Müsabiqənin qalibi etiraf edib ki, uşaqlıqda çox əziyyət çəkib, lakin indi özünü güclü hiss edir və həyatda hələ də öz yerini tapa bilməyən digər insanlara cəsarət nümunəsi göstərmək istəyir.
Münsiflər heyətinin seçimi ilə bağlı ictimai rəy ikiyə bölünüb. Sosial şəbəkələrdə bəziləri Kolleni, təşkilatçıları və münsifləri cəsarətlərinə görə tərifləsə də, digərləri hesab edir ki, “əsl qadın” qalib olmalı idi.
Mənbə: mk.ru