Jul 10

Sumqayıtda ağır qəza: BMW “Lexus”la toqquşub aşdı – FOTO

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin 20 yanvar və Nəriman Nərimanov küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Lexus” və BMW markalı avtomobillərin toqquşması nəticəsində BMW yol kənarındakı səkiyə dəyərək aşıb.

BMW -nin sürücüsü, 20 yaşlı Aydın Məmmədov yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.10135793685913