Jul 09

Paytaxtda quru otluq sahədə baş vermiş yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğınsöndürmə işlərinə “Azərbaycan Dəmir Yolları” QSC-nin yanğınsöndürmə qatarı da cəlb olunub.

14:30

Paytaxtda quru otluq sahədə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Bənzər xəbərlər

Gündəm

0.10097503662109