Jul 09

Ceyhun Bayramov: “Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir”

"Son aylar ərzində Ermənistanla münasibətlərin normallaşması istiqamətində intensiv işlər gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, bu müddət ərzində liderlər səviyyəsində bir neçə dəfə görüş olub: "Eyni zamanda xarici işlər nazirləri səviyyəsində intensiv təmaslar olub".

"Kommunikasiyaların açılması istiqamətində danışıqlar gedir", - nazir vurğulayıb.

Bənzər xəbərlər

Gündəm

0.033474922180176