Jul 09

Revvanın anası oğlunun Rusiyadakı hesablarını və əmlakını itirdiyini bildirib

Rusiya kanallarından birində yayımlanan “Comedi Club” verilişinin iştirakçısı Aleksandr Revvanın anası Lyubov Raçeyeva “Best Family” “YouTube” kanalına müsahibəsində Rusiyanı tərk edən oğlunun maddi durumu barədə danışıb.

Onun dediyinə görə, komediyaçı vətənində “xarici agent” kimi qəbul edilib və çıxışlarına qadağan qoyulub. Bundan sonra o, bütün əmlak və hesablarını həyat yoldaşının adına keçirib.

Revva özü, Raçeyevanın dediyinə görə, hələ də anasının Donetskdəki iki otaqlı mənzilində qeydiyyatdadır, baxmayaraq ki, o, hazırda Dubayda yaşayır. Anası Aleksandr Revvanın əmlakı və hesabları ilə bağlı sualı cavablandırarkən “onun heç nəyi olmadığını” deyib.

“Hər şeyi həyat yoldaşına verdi. Mən ona “arvadpərəst” dedim, yəqin ki, səhv etdim. O, sadəcə olaraq sevdiyi qadına güvənir”, - deyə Lyubov Raçeyeva bildirib.

Sənətçinin anası oğlunun siyasi baxışlarını müzakirə etmədiyini, özünün isə Rusiyanın vətənpərvəri olduğunu vurğulayıb.

Mənbə: news.ru

Bənzər xəbərlər

Gündəm

0.027554988861084