Gədəbəydə 36 yaşlı kişi bıçaqlandı
Gədəbəy rayon Şəkərbəy kəndində yerli sakin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.
“Report”un məlumatına görə, zərərçəkən, 1987-ci il təvəllüdlü Xəyal İsmayılov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisənin kim tərəfindən və hansı səbəblərdən tödərildiyi isə hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.