Cənubun cənubu: Lənkəran şəhərindən geniş reportaj - VİDEO
Lənkəran qədim liman şəhəridir və uzun müddət qala divarları ilə əhatə olunub. Flora və fauna aləminin zənginliyinə görə fərqlənən Qızılağac Dövlət Təbiət Qoruğu və Hirkan Milli Parkı da Lənkərandadır. Region öz sitrus meyvələri və ləzzətli mətbəxi ilə, eləcə də Azərbaycanda çayçılığın mərkəzi kimi tanınır.
Bloqer Anar Əliyev memar Dilqəm İsmayılov və nəqliyyat eksperti Rauf Ağamirzəyev ilə Lənkəranı gəzib, burada küçələrin, yolların, tarixi evlərin vəziyyətini dilə gətirib. Bloqer şəhər yollarında səkilərin yoxluğunu, piyada keçidlərinin az olmasını xüsusi vurğulayıb.
O bildirib ki, şəhərin dənizə çıxışının olması böyük potensialdır.
Ətraflı videonu təqdim edirik: