Jul 06

Bakının mərkəzində sərnişin avtobusu qəza törətdi - FOTO

Bakının mərkəzində sərnişin avtobusu dirəyə çırpılıb.

APA xəbər verir ki, hadisə metronun “İçərişəhər” stansiyası yaxınlığında qeydə alınıb. 

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı bildirib ki, Səbail rayonu ərazisində 31 nömrəli marşrut avtobusu dirəyə çırpılıb və dirək binaya doğru aşıb.

Hazırda DYP və Səbail rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar.

Araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.023442029953003