Jul 06

Bədəni yanan 11 yaşlı Sabirin anası imdad diləyir: “Satmağa heç nəyim qalmayıb” - FOTO/VİDEO

11 yaşlı Sabir Mustafayevin sizin yardımınıza ehtiyacı var.

Bu barədə Mozalan.az-a onun anası Leyla Mustafayeva məlumat verib.

O bildirib ki, oğlu Sabir dekabrın 26-da evdə sobanı yandırmaq istəyərkən yanıb.

“Sabirin 11 yaşı var. Evdə sobaya neft töküb yandırmaq istəyərkən özü yanıb. Bədənində üzü və bir qolu çıxmaqla, demək olar ki, hər yeri yanıb. Dekabrın 26-da Lənkəranda xəstəxanaların birinə yerləşdirsək də, vəziyyəti ağırlaşdığı üçün onu Bakıya gətirməyə məcbur olduq. Sabir bir neçə dəfə fərqli nahiyələrindən dəriköçürmə əməliyyatı keçirib. Hazırda Sabirin müalicəyə ehtiyacı var. Ağrıları çoxdur, dərmanlarını almağa imkanım yoxdur. İnanın yemək almaqda belə çətinlik çəkirəm”.

Leyla Mustafayeva qeyd edib ki, üç övladına özü tək baxır.

“Yoldaşım bir il əvvəl həbs edilib. Həbs edilməzdən əvvəl evdə hər şeyi satıb. Övladımı müalicə etdirə bilmək üçün satmağa da heç nəyim qalmayıb. Mən özüm evlərə təmizliyə gedirəm, amma həm qida, həm Sabirin müalicəsini çatdıra bilmirəm. Sabirin əməliyyatdan sonra reabilitasiya prosesi və dərmanları üçün 650 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən mənim övladıma yenidən kömək etmələrini, onu yarı yolda buraxmamalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 316-71-93

Bənzər xəbərlər

Gündəm

0.018576860427856