Jul 06

Nabranda avtomobil ağaca çırpıldı: Xəsarət alanlar var - FOTO

Nabranda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var.

“Report” xəbər verir ki, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan 77-PU-382 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan 2014-cü il təvəllüdlü Əhmədov Rəsul Rəşad oğlu və 1987-ci il təvəllüdlü Əhmədova Səbinə Cahangir qızı xəsarət alıblar.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər

Gündəm

0.097200870513916