Şabranda qonşular arasında dava düşdü: Ata və oğul döyüldü
Şabranda qonşular arasında dava düşüb, ata və oğul döyülüb.
“Report”un məlumatına görə, hadisə şəhərin Məhəmməd Əsədov küçəsində qeydə alınıb.
Belə ki, Şabran rayon sakinləri - 1972-ci il təvəllüdlü Əmrəliyev Mehman Əmrəli oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Rzayev Əmralı Mehman oğlu mübahisə zəminində qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıb, onlara ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.