Astarada 49 yaşlı kişinin asılmış meyiti tapıldı
Astara rayonunda intihar baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Rayon sakini, 49 yaşlı İlkin Fikrət oğlu Əsgərov yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırılma aparılır.