ABŞ İran şirkəti və onun törəməsinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Maliyyə Nazirliyi İran şirkəti “Arvan Cloud” və onun Dubayda yerləşən törəmə şirkəti “ArvanCloud Global Technologies”ə internetin senzurasındakı köməkçi roluna görə sanksiya tətbiq edib.
Bu barədə ABŞ maliyyə departamentinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, məlumata görə, “Arvan Cloud”un iki təsisçisinin adı “qara siyahı”ya salınıb. Onların hər ikisi hazırda şirkətdə rəhbər vəzifələrdə çalışırlar. ABŞ hökumətinin fikrincə, “Arvan” İranın kəşfiyyat orqanları ilə yaxın əlaqələrə malikdir.
Qeyd edək ki, məhdudlaşdırıcı tədbirlərin tətbiqi, ilk növbədə, “qara siyahı”ya düşənlərin ABŞ-nin yurisdiksiyasında olan əmlakının bloklanması, amerikalı fiziki və hüquqi şəxslərin onlarla qarşılıqlı əlaqəsinə qadağa qoyulması deməkdir.
Mənbə: TASS