Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ramal kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Ucar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ramal kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Qoşqar Kazımov narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlər barədə geniş məlumat verərək ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də bu əməllə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində görülən tədbirlərdən danışıb.
Daha sonra çıxış edən digər iştirakçılar keçirilən tədbirlərin mahiyyətindən danışaraq, şagirdləri maraqlandıran sualları cavablandırıblar.