May 26

Berndə Azərbaycan Respublikasının Müstəqillik günü qeyd edilib - FOTO

İsveçrənin paytaxtı Berndə Azərbaycan Respublikasının Müstəqilliyinin 105-ci ildönümü təntənəli şəkildə qeyd edildi.

Tədbirdə İsveçrə hökumətinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, İsveçrədə fəaliyyət göstərən diasporumuzun fəal üzvləri və yerli ictimai xadimlər iştirak etdilər.
Tədbirin açılışında Azərbaycan Respublikası, İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının Dövlət Himnləri səsləndirildi.

Tədbirdə qonaq qismində iştirak edən və İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxışında 1993-cü ildən başlayaraq çətin, eyni zamanda şərəfli və bütün çətinliklərə baxmayaraq, Azərbaycanlıları qalib xalqa çevirən dövlətimizin tarixi yoluna nəzər saldı. 

Nazir, bu ilin may ayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda da geniş qeyd edildiyini bildirdi. Eyni zamanda, müstəqilliyin bərpa olunması dövründə dövlət və xalqımızın üzləşdiyi çağırışları xatırladaraq, əldə etdiyi nailiyyətləri nümunə göstərib və bu işdə Ulu Öndərin müstəsna rolunu qeyd etdi.

Öz növbəsində səfir Fuad İsgəndərov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı qarşılıqlı əlaqələrdən və bu münasibətlərin inkişafı perspektivləri, habelə ölkəmizin Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında artmaqda olan rolundan danışdı.
Tədbirin bədii hissəsi Azərbaycan milli rəqsləri ilə davam etdirildi.

Bənzər xəbərlər

Gündəm

0.051914930343628