May 23

Zelenski 30 gün ərzində ən azı 67 liderlə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 24-dən etibarən ən azı 67 dövlət lideri ilə üz-üzə görüşüb.

Rusiya Prezidenti Vladimir Putin isə ölkə hüdudlarından kənara çıxmır.

Baxmutdakı toqquşmalar və Ukrayna liderinin diplomatik əlaqələri göstərir ki, həm cəbhədə, həm də liderlər səviyyəsində müharibə davam edir.

Zelenski ilə bağlı məlumatlar son günlər demək olar ki, bütün qəzetlərin səhifələrində yer alır. Çünki aprelin 24-dən bu yana o, Londondan Xirosimaya, Helsinkidən Ciddəyə qədər ən azı 67 ölkə lideri ilə görüşüb. Buraya Ərəb Liqası, G7 və Skandinaviya ölkələrinin sammitləri də daxildir. Ukrayna lideri hər görüşə tünd rəngli sviter, kargo şalvar və yaxasında gerb olan geyimlə qatılır və bu da onun döyüşən ölkənin prezidenti olduğunu nümayiş etdirir.

Təxminən bir aydır ki, Zelenskinin sıx diplomatik əlaqələrlə dolu olan gündəmi həftəsonu pik nöqtəsinə çatıb. Belə ki, Ukrayna lideri 48 saat ərzində iki səfərdə ən azı 40 liderlə bir araya gəlib.

Zelenski ötən həftəsonu ilk olaraq Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib və orada Ərəb Liqasının Sammitində iştirak edib. Daha sonra o, Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Liderlərinin Sammitinə qatılıb.

Vladimir Putinin diplomatik təmasları isə çox məhduddur. O hətta demək olar ki, ölkəsini heç tərk etmir.

Mənbə: Haber Global

Bənzər xəbərlər

Gündəm

0.048650026321411